...

İranın Daxili İşlər Naziri Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 1 May 2010 16:53 (UTC +04:00)
İran İslam Respublikasının Daxili İşlər Naziri Mustafa Muhamməd Nacarinin başçılıq etdiyi nümayəndə heyyəti 2010-cu il may ayının 3-dən 5-dək Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə İranın Azərbaycandakı Səfirliyinin cümə günü yayılan məlumatında deyilib.
İranın Daxili İşlər Naziri Azərbaycana rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 1 may /Trend/

İran İslam Respublikasının Daxili İşlər Naziri Mustafa Muhamməd Nacarinin başçılıq etdiyi nümayəndə heyyəti 2010-cu il may ayının 3-dən 5-dək Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə İranın Azərbaycandakı Səfirliyinin cümə günü yayılan məlumatında deyilib.

"Səfər Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubovun dəvəti ilə təşkil ediləcək", - məlumatda deyilib.

İranlı nazir səfər çərçivəsində Azərbaycanlı həmkarı ilə və Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşəcək və danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti