Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan ərazisində müvafiq qeydiyyatları və icazələri olmayan Pakistan vətəndaşları saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Bakının Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində müvafiq qeydiyyatları və icazələri olmadan Azərbaycan Respublikası ərazisində yaşayan 8 Pakistan vətəndaşı saxlanılıb.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-cu maddəsinə uyğun olaraq, onların respublikanın hüdudlarından kənara çıxarılmaları məsələsi həll olunur.