...

Azərbaycan hökuməti "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nı təsdiq edib

Siyasət Materials 3 May 2010 14:50 (UTC +04:00)
"Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanının 1.3.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərar qəbul edib.
Azərbaycan hökuməti "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nı təsdiq edib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nı təsdiq edib.

"Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanının 1.3.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərar qəbul edib.

Müqavilə formasında müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri, müqavilə üzrə ödəniş, tərəflərin məsuliyyəti, müqavilə şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti