...

Azərbaycanın müxalifət partiyası daha on deputatlığa namizədi müəyyənləşdirib

Siyasət Materials 3 May 2010 17:05 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası deputatlığa namizədliyi irəli sürüləcək növbəti partiya üzvlərinin adlarını açıqlayıb.
Azərbaycanın müxalifət partiyası daha on deputatlığa namizədi müəyyənləşdirib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası deputatlığa namizədliyi irəli sürüləcək növbəti partiya üzvlərinin adlarını açıqlayıb.

"İdarə Heyətinin iclasında partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədovun 31 saylı Suraxanı 2-ci seçki dairəsindən namizədliyini irəli sürəcəyi dəqiqləşdirilib", - bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən bildirilib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Partiyanın Suraxanı rayon təşkilatının sədri Azad Bağırov 30 saylı Suraxanı 3-cü, "Hürriyyət" qəzetinin redaktoru Süleyman Məmmədli 36 saylı Xətai 4-cü, Ali Məclisin katibi Nəbi Abbasov 33 saylı Xətai 1-ci, məclis üzvləri Nizami Məmmədzadə 27 saylı Sabunçu 2-ci, Cəmil Hacıyev 8 saylı Binəqədi 1-ci seçki dairələrindən namizəd olacaqlar. "ADP-nin sədr müavini Vüsal Əliyev 14 saylı Əzizbəyov 2-ci, Qaradağ rayon təşkilatının sədri Zamil Zərbəliyev 11 saylı Qaradağ, Şirvan təşkilatının sədri Kamil İsayev 46 saylı Şirvan, Səbail təşkilatının sədri Sadiq Həsənov 29 saylı Səbail seçki dairələrindən namizədliklərini irəli sürəcəklər", - məlumatda vurğulanır.

ADP bundan əvvəl 11 nəfərin deputatlığa namizədliyinin irəli sürüləcəyini müəyyənləşdirmişdi.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti