...

Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Siyasət Materials 11 May 2010 15:43 (UTC +04:00)
Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq. Bununla bağlı qərar Azərbaycanın Serbiyadakı səfirliyinin və Serbiya hökumətinin, eləcə də bu ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə qəbul edilib.
Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq. Bununla bağlı qərar Azərbaycanın Serbiyadakı səfirliyinin və Serbiya hökumətinin, eləcə də bu ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə qəbul edilib. Bu barədə Trend-ə Azərbaycanın Belqraddakı səfirliyindən məlumat verilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti zəngin və qədim tarixə malik Azərbaycan və serb xalqları arasında körpünün yaradılmasına, onun mədəni irsi, tarixi, Azərbaycan xalqının xalq yaradıcılığı, eləcə də iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

"Mədəniyyət Mərkəzinin yaradılması Azərbaycan və serb xalqları arasında mədəni əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə, ziyalıların, iki ölkənin mədəniyyət nümayəndələrinin sıx əlaqələrinin yaradılmasına, qarşılıqlı səfərlərin həyata keçirilməsi, Azərbaycan və serb yazıçılarının əsərlərinin tərcümə edilməsinə xidmət edəcək", - səfirliyin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti