...

Azərbaycanın hakim partiyası Parlament seçkilərinin hazırlığına start verdi - Əli Əhmədov (FOTO)

Siyasət Materials 14 May 2010 14:08 (UTC +04:00)
Azərbaycanın hakim partiyası cümə günü Gəncədə zona-müşavirəsinə başlamaqla, Parlament seçkilərinin hazırlığına start verib.
Azərbaycanın hakim partiyası Parlament seçkilərinin hazırlığına start verdi - Əli Əhmədov (FOTO)

Azərbaycan, Gəncə, 14 may /Trend, müxbir V.Məmmədov/

Azərbaycanın hakim partiyası cümə günü Gəncədə zona-müşavirəsinə başlamaqla, Parlament seçkilərinin hazırlığına start verib.

"Bu gün Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının müşavirə-seminarları keçirilir. Muşavirə-seminarlar iki gün davam edəcək. Bu tədbirləri Gəncə şəhərində keçirməkdə məqsədimiz partiyadaxili işlərə və partiyanın qarşıdan gələn Parlament seçkilərinə hazırlığına start verməkdir", - Trend-in məlumatına görə, bunu cümə günü Gəncədə jurnalistlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın birinci həftəsində keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əhmədov deyib ki, YAP formalaşan ənənəyə görə, seçkilərin başlanmasından xeyli əvvəl hazırlıq işlərinə start verir.

"Gəncədə tədbiri keçirməkdə məqsədimizdən biri də Gəncə nümunəsi əsasında Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarını əyani şəkildə nümayiş etdirməkdir. Biz Parlament seçkiləri kampaniyası çərçivəsində təbliğat işlərimizdən bundan əyani vasitə kimi istifadə edəcəyik", - YAP rəsmisi əlavə edib.

Müşavirədən əvvəl YAP rəhbərliyi  ümummilli lider Heydər Əliyevin Gəncədəki abidəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər.

Xəbər lenti

Xəbər lenti