...

Rusiya böyük nəqliyyat dəhlizidir və bu, Azərbaycanla əməkdaşlıqda çox mühüm əhəmiyyət kəsb edir - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 21 May 2010 18:08 (UTC +04:00)
Azərbaycan ilə Rusiyanın nəqliyyat əlaqələri intensiv sürətlə inkişaf etməkdədir. Rusiya böyük nəqliyyat dəhlizidir və bu, bizimlə əməkdaşlıqda çox mühüm əhəmiyyət kəsb edir. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rostov şəhərində "Rusiya və Azərbaycan: Müasirlik və əməkdaşlıq perspektivləri" mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib.
Rusiya böyük nəqliyyat dəhlizidir və bu, Azərbaycanla əməkdaşlıqda çox mühüm əhəmiyyət kəsb edir - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan ilə Rusiyanın nəqliyyat əlaqələri intensiv sürətlə inkişaf etməkdədir. Rusiya böyük nəqliyyat dəhlizidir və bu, bizimlə əməkdaşlıqda çox mühüm əhəmiyyət kəsb edir. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rostov şəhərində "Rusiya və Azərbaycan: Müasirlik və əməkdaşlıq perspektivləri" mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib.

"Sərnişin və yükdaşımalarının təşkili məqsədilə nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması, dəmiryol, avtomobil, dəniz, su və hava nəqliyyatının beynəlxalq əmtəə və xidmət bazarlarına çıxışının təmin edilməsi məqsədini daşıyan Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində də Rusiya ilə qarşılıqlı əməkdaşlıq şəraitində tədbirlər həyata keçirilir", - Həsənov deyib. Məlumatı cümə günü "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti yayıb.

Həsənov bildirib ki, ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin təməlində bilavasitə Heydər Əliyev prinsipləri dayanır.

"Məhz bu prinsiplərin həyata keçirilməsi sayəsində Azərbaycan dövlətçilik maraqları baxımından mühüm əhəmiyyət kəsb edən nəticələrə nail olub. Elə bu səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan-Rusiya münasibətlərinə Heydər Əliyev siyasi kursunun tələbləri baxımından yanaşır. Mehriban qonşuluq və dostluq münasibətləri, beynəlxalq aləmdə böyük nüfuza malik olan Rusiya ilə sıx əməkdaşlıq Azərbaycanın xarici siyasətinin öncül istiqamətlərindəndir. Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur, hazırda əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb", - Həsənov əlavə edib.

Tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov iştirak edirlər.

Forumda ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti