...

Böyük Britaniyanın Baş naziri Gürcüstan Prezidenti ilə görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış edib

Siyasət Materials 29 May 2010 14:47 (UTC +04:00)
Böyük Britaniyanın Baş naziri Devid Kameron Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış edib.
Böyük Britaniyanın Baş naziri Gürcüstan Prezidenti ilə görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış edib

Gürcüstan, Tbilisi, 29may /Trend, müxbir N.Kirsxaliya/

Böyük Britaniyanın Baş naziri Devid Kameron Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Mayın 29-da Gürcüstan Prezidentinin mətbuat-spikeri Manana Mancqaladzenin brifinqdə bəyan etdiyi kimi, Kameron bir gün əvvəl Mixail Saakaşvili ilə telefon danışığında yaxın zamanlarda tərəflər arasında yüksək səviyyədə görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış edib.

Gürcüstan Prezidenti Böyük Britaniyanın Baş nazirini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin inkişafına əminliyini ifadə edib. "Mixail Saakaşvili qeyd edib ki, Kameron 2008-ci ildə baş vermiş avqust münaqişələrindən sonra Tbilisiyə baş çəkən və Gürcüstana dəstək göstərən ilk siyasətçilərdən biri olub", - Mancqaladze bildirib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər və əlaqələrin dərinləşdirilməsi üzrə fikir irəli sürüblər. Böyük Britaniya öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Mancqaladzenin sözlərinə görə, telefon danışıqları yaxın dostluq şəraitində aparılıb.

Xəbər lenti

Xəbər lenti