...

Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik ediblər

Siyasət Materials 1 İyun 2010 06:29 (UTC +04:00)
Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik ediblər
Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik ediblər

Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan,  MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev, Moskva Vilayətinin Qubernatoru Boris Qromov, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Fransa Respublikasının Prezidenti Nikola Sarkozi, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Ukraynanın Prezidenti Viktor Yanukoviç, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov, Moldova Respublikasının Prezidenti vəzifəsini icra edən Mixay Qimpu, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov, Banqladeş Respublikasının Prezidenti Zillur Rəhman, Mərakeşin Kralı VI Məhəmməd,  Çexiya Respublikasının Prezidenti Vatslav Klaus, Serbiya Respublikasının Prezidenti Boris Tadiç, Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah,  Küveyt Dövlətinin Vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əs-Səbah, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika, Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosa, Norveçin Kralı V Harald, Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, Tailandın Kralı Bhumibol Adulyadej, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Macarıstan Respublikasının Prezidenti Laslo Şoyom, Niderlandın Kraliçası Beatriks, İsveçrə Konfederasiyasının Prezidenti Doris Leuthard, Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarək, İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano, Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov, Şimali Kipr xalqının lideri Dərviş Əroğlu, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və İordaniyanın Kralı II Abdullah təbrik ediblər. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti