...

"İmedi"ni Ukraynanın piar-şirkəti alır

Siyasət Materials 2 İyun 2010 19:46 (UTC +04:00)
"İmedi" teleşirkətini Ukrayna piar-şirkəti alır. Trend-ə məlumatlı mənbələrdən verilən xəbərə görə, Ukraynanın yeni hökuməti ilə fəal əməkdaşlıq edən Ukrayna şirkəti artıq bir aydır gürcü tərəfi ilə danışıqlar aparır.
"İmedi"ni Ukraynanın piar-şirkəti alır

Gürcüstan, Tbilisi 2 iyun /Trend, müxbir N.Kirsxaliya/

"İmedi" teleşirkətini Ukrayna piar-şirkəti alır. Trend-ə məlumatlı mənbələrdən verilən xəbərə görə, Ukraynanın yeni hökuməti ilə fəal əməkdaşlıq edən Ukrayna şirkəti artıq bir aydır gürcü tərəfi ilə danışıqlar aparır.

Mənbənin məlumatına görə, teleşirkətin baş direktoru çox güman ki, Ukraynanın "1+1" telekanalının məlumat xidmətinin rəhbəri Oksana Zinovyeva olacaq.

"İmedi" teleşirkəti milyarder Badri Patarkasişvilinin vaxtında populyar olub. O vaxt bu kanal indiki hökumətə münasibətdə müxalifətdə olub və onun müxbirləri tez-tez obyektiv araşdırmalar aparmaqla hökumətə "pislik edib".

Milyarderin ölümündən sonra hökumət onun qohumu Cozef Keyin köməyi ilə teleşirkəti öz əlinə alıb və bu gün teleşirkət tamamilə rəsmi Tbilisinin nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti