...

Toronto şəhərində Azərbaycanın Dövlət bayrağı yüksəldilib (FOTO)

Siyasət Materials 3 İyun 2010 05:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

31 may Toronto şəhərində Ontario əyalətinin parlamentinin binası qarşısında 28 may - Respublika Günü münasibətilə Azərbaycan Respublikası Dövlət bayrağının yüksəldilməsi mərasimi keçirilib. Bu barədə məlumat Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən verilib.

Qeyd olunan tədbir Ontario əyalətinin parlamentinin üzvü Reza Moridinin təşəbbüsü və Torontoda yaşayan Azərbaycan icmasının dəstəyi ilə təşkil edilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin nümayəndəsi, əyalət parlamentinin üzvləri, Türkiyənin Torontodakı baş konsulu və bu şəhərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan səfirliyinin diplomatı, Ontario parlamentinin üzvləri və Türkiyənin Torontodakı baş konsulu təbrik nitqləri ilə çıxış ediblər. Çıxışlardan sonra parlamentin binası qarşısında Azərbaycanın Dövlət bayrağı qaldırılıb və Dövlət himni səsləndirilib.

Mərasimdən əvvəl AR səfirliyinin nümayəndəsi Ontario parlamentinin spikeri S.Peters tərəfindən qəbul olunmuşdur. Görüş zamanı Azərbaycan ilə Kanadanın Ontario əyaləti arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Bununla yanaşı, həmin gün Ontario parlamentinin üzvü R.Moridi parlamentin iclası zamanı Azərbaycanın Respublika Günü münasibətilə bəyanatla çıxış edib.

Xəbər lenti

Xəbər lenti