...

İlham Əliyevlə Vladimir Putinin İstanbulda görüşü planlaşdırılır

Siyasət Materials 7 İyun 2010 19:22 (UTC +04:00)
Rusiyanın Baş naziri Vladimir Putin çərşənbə axşamı İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQFETM) forumu çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentləri, həmçinin Ukraynanın hökumət başçısı ilə görüşmək niyyətindədir.
İlham Əliyevlə Vladimir Putinin İstanbulda görüşü planlaşdırılır

Rusiyanın Baş naziri Vladimir Putin çərşənbə axşamı İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQFETM) forumu çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentləri, həmçinin Ukraynanın hökumət başçısı ilə görüşmək niyyətindədir. Bu barədə RİA-Novosti-yə Rusiya hökumət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Konfrans çərçivəsində ayrıca ikitərəfli görüşlərin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Ukraynanın Baş naziri Nikolay Azarovla isə ayrıca görüş keçiriləcək", - Peskov deyib.

Xəbər lenti

Xəbər lenti