...

İranla konstruktiv danışıqlar üçün qapılar açıq olaraq qalır – Avstriya XİN rəhbəri

Siyasət Materials 19 İyun 2010 09:00 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının İran üzrə yeni qətnaməni səsə qoymasına baxmayaraq, İranın nüvə məsələsinin danışıqlar yolu ilə həll edilməsi üçün hələ ki imkan qalır. Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger Trend-ə iyunun 22-nə nəzərdə tutulan səfəri ərəfəsində verdiyi müsahibəsində belə deyib.
İranla konstruktiv danışıqlar üçün qapılar açıq olaraq qalır – Avstriya XİN rəhbəri

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Y.Ostapenko/

BMT Təhlükəsizlik Şurasının İran üzrə yeni qətnaməni səsə qoymasına baxmayaraq, İranın nüvə məsələsinin danışıqlar yolu ilə həll edilməsi üçün hələ ki imkan qalır. Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger Trend-ə iyunun 22-nə nəzərdə tutulan səfəri ərəfəsində verdiyi müsahibəsində belə deyib.

"Biz İranın nüvə probleminin danışıqlar yolu ilə həll edilməsi üçün ümidimizi itirməmişik. Konstruktiv danışıqlar üçün qapılar açıq olaraq qalır", - Şpindelegger deyib.

BMT-nin Təhlükəsizlik Şurası iyunun 9-da İrana qarşı yeni sanksiyalar tətbiq edən qətnamə qəbul edib. Bu, İranın uranın zəngilləşdirilməsi üzrə aparılan işləri dayandırmaqdan imtina etməsindən sonra baş verib. Təhlükəsizlik Şurasının 12 üzvü sənədin lehinə, Türkiyə və Braziliya əleyhinə səs verib. Livan isə bitərəf qalıb.

Bu, Təhlükəsizlik Şurasının Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq tələbləri yerinə yetirməməsi səbəbindən ona qarşı tətbiq etdiyi dördüncü qətnamədir.

Avstriya İrana qarşı daha ağır sanksiyaların qəbul edilməsinə səs verib.

Avstriya xarici işlər nazirinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qərarı İran rəhbərliyi üçün xəbərdaredici siqnaldır. Bu, onun nüvə proqramı ilə bağlı mövqeyinin dəyişməsi üçün vaxtın gəlib çatdığına işarədir.

"TŞ açıq-aydın bildirib ki, sanksiyalar İranın BAEA, BMT və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirəcəyi halda, ləğv ediləcək", - nazir vurğulayıb.

Materialın hazırlanmasında T.Konyaeva iştirak edib.

Xəbər lenti

Xəbər lenti