...

Azərbaycanın müxalifət bloku icazəsiz etiraz aksiyası keçirməyə cəhd edib

Siyasət Materials 19 İyun 2010 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "Azadlıq" bloku nümayəndələrinin şənbə günü icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb.

Müxalifətin 15-20-yə yaxın nümayəndəsi "İçərişəhər" metrostansiyasının yanında mitinq keçirməyə cəhd edib.

Bakı şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer kimi Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.

Xəbər lenti

Xəbər lenti