...

Azərbaycan Prezidenti BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisini qəbul edib

Siyasət Materials 22 İyun 2010 14:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Fikrət Akçuranı BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. Azərbaycan ilə BMT arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.

Fikrət Akçura deyib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir və qardaş Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi vəzifəsinə təyin olunmasından qürur duyur. O, dövlət başçısını əmin edib ki, BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcək.

Fikrət Akçura BMT-nin Baş katibi Pan Gi Munun məktubunu Prezident İlham Əliyevə çatdırıb.

Xəbər lenti

Xəbər lenti