...

Aksiyalarda kütləvilik olmadığına görə, heç bir effekt verə bilməz – Azərbaycanın müxalifət lideri

Siyasət Materials 23 İyun 2010 09:30 (UTC +04:00)
Aksiyalarda kütləvilik olmadığına görə, heç bir effekt verə bilməz
Aksiyalarda kütləvilik olmadığına görə, heç bir effekt verə bilməz – Azərbaycanın müxalifət lideri

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif partiyasının sədri hesab edir ki, indiki dövrdə küçələrdə etiraz aksiyaları keçirməyə ehtiyac yoxdur.

"Keçirilən aksiyalarda kütləvilik olmadığına görə, həmin aksiyalar heç bir effekt verə bilməz", - bunu çərşənbə axşamı Trend-ə Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bildirib.

Trend-in arayışı: Son günlər Azərbaycanın bir sıra müxalifət partiyaları Bakının mərkəzi meydanlarında icazəsiz aksiyalar keçirməyə cəhd göstərir. Aksiyalar iştirakçıların azlığı və pərakəndəliyi ilə müşahidə olunur.

Bakı Şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer kimi Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.

İsmayılov hesab edir ki, hər bir siyasi lider dövrün məzmununu tutmalıdır.

"Bu gün etirazlar küçələrdən parlamentə keçməlidir. Parlamentdə etiraz bildirilməlidir. Lazım olanda aksiya da keçirmək mümkündür. Sadəcə olaraq, mən bilmirəm hansı niyyətlə bu cür addımlar atılır. Bəlkə də fəaliyyətlərini canlandırmaq istəyirlər, kölgədən çıxmaq istəyirlər", - İsmayılov əlavə edib.

Deputat qeyd edib ki, Ədalət Partiyasının seçki ərəfəsində hər hansı partiya ilə birgə işləmək məsələsi yoxdur.

"Biz mövqeyimizi bildirmişik ki, mojaritar seçki sistemində partiyaların birləşməsinin mənası yoxdur. Lakin bizimlə mövqeyi eyni olan insanlarla birləşməyə də hazırıq", - İsmayılov deyib.

Xəbər lenti

Xəbər lenti