...

Misir Gürcüstanda səfirlik açacaq

Siyasət Materials 22 İyun 2010 20:51 (UTC +04:00)
Növbəti ildən Gürcüstanda Misir səfirliyi fəaliyyətə başlayacaq. Bu barədə Misirin səfiri Vahid Cəlal ilə görüşdən sonra Misirlə dostluq qrupunun rəhbəri Koba Xabazi bildirib.
Misir Gürcüstanda səfirlik açacaq

Gürcüstan, Tbilisi, 22 iyun /Trend, müxbir N.Kirsxaliya/

Növbəti ildən Gürcüstanda Misir səfirliyi fəaliyyətə başlayacaq. Bu barədə Misirin səfiri Vahid Cəlal ilə görüşdən sonra Misirlə dostluq qrupunun rəhbəri Koba Xabazi bildirib.

Onun sözlərinə görə, qonaq bir daha Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib. 2011-ci ildə Gürcüstanda Misir Mədəniyyəti Günləri keçiriləcək.

"İqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yaxın vaxtlarda gürcü iş adamlarının Misirə səfəri planlaşdırılıb. Bu ona görə edilir ki, ölkəmizə Misirin "Freş" şirkətini cəlb etdiyimiz kimi, digər şirkətləri də cəlb edə bilək. Növbəti ildən isə Gürcüstanda Misir səfirliyi açılacaq", - Xabazi bildirib.

Hazırda Misirin Yerevandakı səfiri Gürcüstana akkreditə olunub.

Xəbər lenti

Xəbər lenti