...

Azərbaycanla əməkdaşlıq Avstriya üçün prioritetdir – XİN başçısı

Siyasət Materials 23 İyun 2010 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanla Avstriya arasında əməkdaşlıq həmişə dərin köklərə malik olub, indi isə onlar yeni səviyyəyə keçir. Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger çərşənbə günü Bakıda Azərbaycanın XİN başçısı ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Avstriya Cənubi Qafqaz ölkələri, o cümlədən, Azərbaycanla əməkdaşlığı prioritet hesab edir", - nazir deyib.

Onun sözlərinə görə, Avstriya üçün Azərbaycanla siyasi əməkdaşlıq iqtisadi əməkdaşlıqdan az əhəmiyyətli deyil.

Avstriyalı nazir özünün azərbaycanlı həmkarını yaxın vaxtlarda Avstriyaya səfərə dəvət edib.

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun sözlərinə görə, Avstriya və Azərbaycan diplomatik pasportları olan şəxslər üçün vizasız rejim haqda saziş imzalayıblar.

Nazir qeyd edib ki, Azərbaycan da Avstriya ilə əməkdaşlığı vacib hesab edir. "Bu gün energetika, humanitar sahələrdə, iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Gələn il Vyana və Bakıda iki ölkənin mədəniyyət günlərinin keçirilməsi qərara alınıb", - Məmmədyarov əlavə edib.

Xəbər lenti

Xəbər lenti