...

Azərbaycan Prezidenti BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun prezidentini qəbul edib

Siyasət Materials 23 İyun 2010 18:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nunzeni qəbul edib.
Azərbaycan Prezidenti BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nunzeni qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinin ölkəmizin qarşısında duran prioritet məsələlərdən biri olduğunu qeyd edib və bu istiqamətdə əldə olunan uğurlardan danışıb.

Kanayo Nunze Azərbaycanın müstəqilliyini bərpa etdiyi qısa müddət ərzində böyük inkişafa nail olmasının önəmini vurğulayaraq bu münasibətlə dövlətimizin başçısını təbrik edib.

Görüşdə Azərbaycan ilə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti