...

Latviyanın Azərbaycandakı Səfirliyi "Şengen" vizalarının verilmə qaydalarında dəyişiklik edib

Siyasət Materials 7 İyul 2010 14:49 (UTC +04:00)
Latviyanın Azərbaycandakı Səfirliyinin konsul şöbəsi "Şengen" vizalarının verilməsi qaydalarında dəyişiklik edib, - bu barədə Trend-ə çərşənbə günü səfirlikdən məlumat verilib.
Latviyanın Azərbaycandakı Səfirliyi "Şengen" vizalarının verilmə qaydalarında dəyişiklik edib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir S.Ağayeva/

Latviyanın Azərbaycandakı Səfirliyinin konsul şöbəsi "Şengen" vizalarının verilməsi qaydalarında dəyişiklik edib, - bu barədə Trend-ə çərşənbə günü səfirlikdən məlumat verilib.

Səfirlikdən verilən məlumata görə, iyulun 5-dən Latviya, Estoniya, Macarıstan və ya Sloveniyaya səfər etmək üçün "Şengen" vizalarının alınması üzrə sənədlərin qəbulu ilkin qeydəalma üzrə aparılacaq. Qeydəalma iş günləri bazar ertəsindən cümə gününədək saat 13:00-dan 18:00-dək 436 67 78 nömrəli telefonla aparılacaq.

Qeydəalma üçün viza almaq məqsədilə ərizə vermək istəyən şəxsin adının, soyadının və pasport nömrəsinin göstərilməsi vacibdir. Lazımi sənədlərin siyahısı və anketin formasını səfirliyin konsul şöbəsindən əldə etmək olar. Anketin blankını Latviya XİN-in www.mfa.gov.lv saytından da götürmək olar.

Latviya Səfirliyinin konsul şöbəsi sənədlərin qəbul müddətini də uzadıb. Sənədlər çərşənbə günündən başqa, iş günləri saat 10:00-dan 13:00-dək qəbul edilir.

Bu tədbirlər vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə və istirahət mövsümü üçün xarakterik olan növbələrdən qaçmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti