...

Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara müraciət edilib - xarici işlər nazirinin müavini

Siyasət Materials 9 İyul 2010 11:38 (UTC +04:00)
Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara müraciət edilib.
Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara müraciət edilib - xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara müraciət edilib, - bunu cümə günü Trend-ə xarici işlər nazirinin müavini Vaqif Sadıxov bildirib.

"Xarici İşlər Nazirliyi BMT, ATƏT, Avropa Şurası, MDB Parlament Assambleyası və digər beynəlxalq təşkilatlara Azərbaycandakı Parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərib. Hazırda onlardan cavab gözləyir və ümid edirik ki, həmin beynəlxalq təşkilatlar müsbət cavab verəcək", - Sadıxov deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti