...

Azərbaycanda müxalifətin yeni bloku yarana bilər – partiya sədri Əli Əliyev

Siyasət Materials 9 İyul 2010 15:29 (UTC +04:00)
Azərbaycanda müxalifətin yeni bloku yarana bilər. Bu barədə cümə günü Trend-ə "Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.
Azərbaycanda müxalifətin yeni bloku yarana bilər – partiya sədri Əli Əliyev

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müxalifətin yeni bloku yarana bilər. Bu barədə cümə günü Trend-ə "Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

"Hələlik bizim məqsədimiz "Azadlıq" blokunu qoruyub-saxlamaqdır. Biz istəyirik ki, bloku qorumağa nail olaq. Bunun baş tutub-tutmayacağı sual altındadır. Bu, zamana bağlı məsələdir. Nəsə baş verərsə, yeni blok yaranması məsələsi müzakirə edilə bilər. Əgər söhbət gələcəkdə seçki bloku yaranmasından gedirsə, bu vəziyyət blok daxilindəki situasiyaya aydınlıq gəldikdən sonra ola bilər", - Əliyev əlavə edib.

Son bir neçə həftə ərzində mətbuatda "Azadlıq" blokunun dağılacağı barədə məlumatlar yer alıb.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

"Son günlərdə biz blokdaxili məsələlərlə bağlı danışmamağa üstünlük veririk. Çalışırıq ki, məsələləri blokun daxilində çözək. Əgər mətbuat bu məsələni tam olaraq müzakirə edirsə, deməli, nəsə var. Bunu aradan qaldırmaq lazımdır", - Əliyev deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti