...

AŞ PA məruzəçiləri Gürcüstanın qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər

Siyasət Materials 12 İyul 2010 20:54 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Maykl Yansen və Kastriot İslam bazar ertəsi Gürcüstanın qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər və beş əsas məsələyə diqqət yetiriblər.
AŞ PA məruzəçiləri Gürcüstanın qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər

Gürcüstan, Tbilisi, 12 iyul /Trend, müxbir N.Kirsxaliya/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçiləri Maykl YansenKastriot İslam bazar ertəsi Gürcüstanın qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər və beş əsas məsələyə diqqət yetiriblər.

Görüşdən sonra jurnalistlərə Kastriot İslamın dediyinə görə, onları başlıca olaraq medianın vəziyyəti, antikorrupsiya məsələləri, insan haqlarını qorunması, məhkəmə islahatı və ölkədə seçkidən sonrakı vəziyyət maraqlandırır.

İslamın dediyinə görə, onlar üçün birinci əldən informasiyanı almaq çox vacibdir.

"Qeyri-hökumət sektorunun nümayəndələri AŞ PA məruzəçilərini müxtəlif məsələlər, o cümlədən qaçqınların durumu, mediadakı vəziyyət və siyasi məhbuslar haqqında məlumatlandırıblar", - "İnsan haqları mərkəzi" QHT-nin rəhbəri Uça Nanuaşvili deyib.

AŞ PA məruzəçiləri bazar ertəsi daha bir neçə görüş keçirəcəklər. Onların iyulun 16-da Gürcüstana səfərləri ilə bağlı yekun brifinq keçirəcəkləri də gözlənilir.

Xəbər lenti

Xəbər lenti