...

Müsavat Partiyası bütün körpüləri yandırıb, onlarla hər hansı birliyin yaradılması mümkünsüzdür - Azərbaycanın müxalifət lideri Lalə Şövkət

Siyasət Materials 13 İyul 2010 15:18 (UTC +04:00)
Müsavat Partiyası bütün körpüləri yandırıb, onlarla hər hansı birliyin yaradılması mümkünsüzdür
Müsavat Partiyası bütün körpüləri yandırıb, onlarla hər hansı birliyin yaradılması mümkünsüzdür - Azərbaycanın müxalifət lideri Lalə Şövkət

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyası bütün körpüləri yandırıb, onlarla hər hansı birliyin yaradılması mümkünsüzdür, - bunu çərşənbə axşamı Trend-ə Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Azərbaycan Xalq Cəbhəsi Partiyasının Müsavatla seçki bloku yaratmaq qərarını şərh edərkən bildirib.

"Mən belə bir qərarın veriləcəyini gözləyirdim. "Azadlıq" blokunun yığıncağında AXCP sədri Əli Kərimliyə qəti bir qərarımı verdim ki, əgər AXCP Müsavat Partiyası ilə birləşmək istəyirsə, biz ona sərbəstlik veririk. Amma Liberal Partiyanın Müsavatla hər hansı birliyi mümkünsüzdür. Çünki Müsavat bütün körpüləri yandırıb", - Lalə Şövkət deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyəti Parlament seçkilərində əməkdaşlıq etmək üçün Müsavat Partiyası ilə danışıqlar aparmaq barədə qərar qəbul edib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Şövkətin sözlərinə görə, Müsavat Partiyası ilə əməkdaşlığın mümkünsüzlüyünü Əli Kərimliyə hələ yanvar ayında deyib.

"Mart ayında Əli Kərimli ilə görüşdük. Martda, hətta mənim müsahibələrimi, hər bir sözümü min dəfə çözdülər. Hər hansı spekulyasiya olmasın deyə, mən Əli Kərimliyə pauza götürdüyümü söylədim. Bu, martın 11-də olub. Mətbuatla təmasları dayandırdım ki, AXCP mövqeyini müəyyənləşdirsin və qərarını versin. Mən bu qərarı gözləyirdim. Onlara uğurlar arzulayıram. "Xeyirli olsun" deyirəm. Yanvar ayında demişdim ki, AXCP ilə Müsavat birləşsə, "Azadlıq" blokuna xitam veriləcək. Ona görə də "Azadlıq" blokuna xitam verilir. Bundan sonra hər şey öz yerini tutacaq", -  Lalə Şövkət bildirib.

Xəbər lenti

Xəbər lenti