...

Azərbaycanın Türkiyədəkı keçmiş səfiri ölkənin bir sıra hökumət və dövlət adamları ilə vida görüşləri keçirib

Siyasət Materials 14 İyul 2010 12:22 (UTC +04:00)
Azərbaycanın Türkiyədəkı keçmiş fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov səfir kimi səlahiyyət müddəti bitməsi münasibətilə Türkiyənin bir sıra hökumət və dövlət adamları ilə vida görüşləri keçirib.
Azərbaycanın Türkiyədəkı keçmiş səfiri ölkənin bir sıra hökumət və dövlət adamları ilə vida görüşləri keçirib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Türkiyədəkı keçmiş fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov səfir kimi səlahiyyət müddəti bitməsi münasibətilə Türkiyənin bir sıra hökumət və dövlət adamları ilə vida görüşləri keçirib.

Səfirlikdən çərşənbə günü bildiriblər ki, iyulun 6-da səfir Türkiyənin IX və X prezidentləri Süleyman Dəmirəl və Sezər ilə görüşüb.

İyulun 8-də Baş nazirin müavini Arınç, 13 iyulda isə Türkiyə Prezidenti Abdullah Gül ilə görüşüb.

Bütün görüşlərdə Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq əlaqələrinin əhəmiyyəti xüsusilə qeyd edilib, bu əlaqələrin bundan sonra da "Bir millət, iki dövlət" prinsipinə əsaslanan tempdə davam etdirilməsinin önəmi bildirilib, inkişafın əlaqələrimizin bütün sahələrinə sirayət etməsi üçün qarşılıqlı fəaliyyətlərin, mübadilələrin vacibliyi vurğulanıb.

Həşimov Türkiyədəki fəaliyyəti zamanı Türkiyə ilə Azərbaycan münasibətlərinin inkişafındakı yardım və dəstəyə görə qarşı tərəfə minnətdarlığını bildirib, ölkədən böyük dostluq hissləri ilə ayrıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti