...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Polşa səfirini qəbul edib

Siyasət Materials 15 İyul 2010 18:12 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevskini qəbul edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Polşa səfirini qəbul edib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevskini qəbul edib. Bu barədə Trend-də AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumatda bildirilib ki, görüş zamanı Mehbalıyev səfir Krayevskinin Azərbaycan və Polşa arasında qarşılıqlı əməkdaşlığın və ikitərəfli münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.

"Hər iki ölkənin həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq və ikitərəfli sıx əlaqələr mövcuddur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandığı gündən Polşanın "Solidarnost" həmkarlar təşkilatı tərəfindən həmişə dəstəklənib və hər iki ölkənin həmkarlar təşkilatları arasındakı işgüzar qarşılıqlı münasibətlər bu gün də davam etməkdədir", - Mehbalıyev əlavə edib.

AHİK-in sədri səfir Krayevskini ölkələrimiz arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib və gələcək diplomatik fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıb.

Krayevski səmimi qəbul üçün AHİK sədrinə öz minnətdarlığını bildirib. Azərbaycanda keçirdiyi illərdən məmnunluq hissi ilə danışıb, ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə inamını ifadə edib.

Xəbər lenti

Xəbər lenti