...

Almatıda ATƏT XİN başçılarının qeyri-formal sammiti öz işinə başlayıb

Siyasət Materials 16 İyul 2010 14:09 (UTC +04:00)
Bu gün Almatıda ATƏT XİN başçılarının qeyri-formal sammiti öz işinə başlayıb. Sammitin əsas mövzularından biri Qırğızıstandakı vəziyyət olacaq. Bu barədə Trend-ə Qazaxıstan XİN-in beynəlxalq informasiya komitəsinin sədri Roman Vasilenko məlumat verib.
Almatıda ATƏT XİN başçılarının qeyri-formal sammiti öz işinə başlayıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir V.Javoronkova/

Bu gün Almatıda ATƏT XİN başçılarının qeyri-formal sammiti öz işinə başlayıb. Sammitin əsas mövzularından biri Qırğızıstandakı vəziyyət olacaq. Bu barədə Trend-ə Qazaxıstan XİN-in beynəlxalq informasiya komitəsinin sədri Roman Vasilenko məlumat verib.

"Biz Qırğızıstanın təşkilat tərəfdən layiq olduğu yardımı alması üçün ATƏT üzvü olan 56 dövlətin siyasi iradəsinin reallaşmasını vacib hesab edirik. Və bu, təşkilatımızın xarici işlər nazirlərinin iclasının əsas mövzularından biri olacaq", - Vasilenko qeyd edib.

Onun məlumatına görə, sammitin əsas prioritetləri təşkilatın möhkəmlənməsi, müasir dövrün ən aktual problemlərinin həllində onun relevantlığının yüksəlməsidir.

"Biz, həmçinin, Prezident Nazarbayevin cari ildə Astanada ATƏT sammitinin keçirilməsi barədə təşəbbüsünün reallaşması üzərində ardıcıl və məqsədyönlü şəkildə işləyirik. Güman edirik ki, qazax liderinin bu təklifi qurumun iştirakçıları üçün ATƏT-in məsuliyyət zonasının nəhəng məkanında yeni təhdid və hədələrə adekvat cavabın tapılmasında, onun bugünkü reallıqlara uyğunlaşdırılmasında nadir tarixi şansdır", - Vasilenko deyib.

Onun sözlərinə görə, müzakirələr zamanı Prezidentin yenilənmiş Avroatlantik və Avrasiya təhlükəsizliyi strateji görüntülərinin işlənib-hazırlanması məqsədilə sammitin çağırılması təklifi kontekstində ATƏT-in ümumi gündəliyində duran həll olunmamış məsələlərin müzakirəsi də planlaşdırılır.

"Biz ümid edirik ki, bütün 56 ölkənin xarici işlər nazirləri dialoqu yeni keyfiyyət səviyyəsinə çıxaracaq və əməkdaşlığımıza yeni dinamiklik verəcəklər", - o qeyd edib.

Qazaxıstan XİN nümayəndəsi bildirib ki, "iştirakçı dövlətləri ayıran problemlərin, məsələn, münaqişələrin və silahlar üzərində nəzarətin, onları birləşdirən çağırışların, eləcə də transmilli hədələrin olmasını nəzərə alaraq, həll olunmamış və yeni çağırışlara effektiv cavabın hazırlanması üçün bizim ümumi məqsədimiz ATƏT ailəsinin möhkəmlənməsi olmalıdır".

"Bununla əlaqədar, təhlükəsizliyin dəyişən arxitekturası şəraitində iştirakçı dövlətlərin etimadının möhkəmləndirilməsi, təşkilatımızın effektivliyinin və ona tələbin artırılmasına çalışdıqları "Korfu prosesi"nin vacib mexanizm kimi əhəmiyyətini yenidən qiymətləndirmək çətindir", - Vasilenko bildirib.

Xəbər lenti

Xəbər lenti