...

Şəmkir şəhərində Qazax Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışı olub

Siyasət Materials 16 İyul 2010 17:06 (UTC +04:00)
Respublika Prokurorluğunun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, açılış mərasimində respublika hərbi prokuroru Xanlar Vəliyev iştirak edib.
Şəmkir şəhərində Qazax Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışı olub

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Şəmkir şəhərində Qazax Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışı olub.

Respublika Prokurorluğunun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, açılış mərasimində respublika hərbi prokuroru Xanlar Vəliyev iştirak edib.

Respublikamızda ilk dəfə olaraq Şəmkirdə hərbi prokurorluq üçün yeni inzibati binanın istifadəyə verilməsinin "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın tərkib hissəsi olduğunu diqqətə çatdıran hərbi prokuror Vəliyev gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini deyib.

Tədbir iştirakçıları yeni inzibati binada yaradılan şəraitlə tanış olub. Binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib.

Açılış mərasimindən sonra cari ilin 6 ayının yekunları ilə əlaqədar Gəncə və Qazax hərbi prokurorluqlarının fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirəyə hərbi prokuror Vəliyev yekun vurub.

Xəbər lenti

Xəbər lenti