Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının seçki məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncama əsasən, "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində:
1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev "Azərbaycan Respublikasının seçki məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının seçki məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb.
