...

İraqlı ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmirlər – BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı

Siyasət Materials 19 İyul 2010 15:04 (UTC +04:00)
Suriyada yaşayan erməni mənşəli iraqlı qaçqınlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmirlər. Bu barədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Dəməşqdəki nümayəndəliyinin hesabatında deyilir.
İraqlı ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmirlər – BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Ü.Sadıxova/

Suriyada yaşayan erməni mənşəli iraqlı qaçqınlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmirlər. Bu barədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Dəməşqdəki nümayəndəliyinin hesabatında deyilir.

Azərbaycanın Suriyadakı səfirliyi İraqın Dəməşqdəki səfirliyinə son vaxtlar KİV-də yayılan Suriyada yaşayan erməni mənşəli iraqlı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmələri barədə məlumatları şərh etməyi tələb edən sorğu göndərib. Bu barədə Azərbaycan XİN-in rəsmi məlumatında deyilir.

İraqın Suriyadakı səfirliyinin məlumatına görə, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Dəməşqdəki nümayəndəliyində qeydiyyata alınan iraqlı ermənilərin sayı 2010-cu il martın 31-də 1223 nəfər olub.

İraq səfirliyinin hesabatında o da bildirilir ki, müharibə nəticəsində İraqdan qaçanlar əsasən Qərbi və Mərkəzi Avropaya və Şimali Amerikaya köçürlər. Lakin məruzədə İraq ermənilərinin Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmələri barədə məlumatlar təsdiqlənmir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti