...

Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə ABŞ-ın Milli Demokratiya İnstitutu əməkdaşlıq perspektivlərini müzakirə edib

Siyasət Materials 21 İyul 2010 17:53 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü ABŞ-ın Milli Demokratiya İnstitutunun Avrasiya üzrə direktoru Laura Cuit və Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevslə görüşüb.
Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə ABŞ-ın Milli Demokratiya İnstitutu əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü ABŞ-ın Milli Demokratiya İnstitutunun Avrasiya üzrə direktoru Laura Cuit və Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevslə görüşüb.

MSK-nın mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, görüşdə Məzahir Pənahov komissiyanın beynəlxalq qurumlarla əməkdaşlığından məmnunluğunu ifadə edib.

Laura Cuit təmsil etdiyi qurumun Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini, 1998-ci ildən isə MSK ilə əməkdaşlıq etdiyini xatırladaraq, bundan qürur duyduqlarını bildirib. O, qarşıdan gələn parlament seçkilərinin uğurla keçiriləcəyinə inamını ifadə edərək, MSK-nın seçkilərə hazırlıq istiqamətində həyata keçirdiyi tədbirlərlə maraqlanıb.

Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat verib və seçkilərin ölkənin seçki qanunvericiliyinə uyğun, azad və ədalətli keçiriləcəyini bildirib.

Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Milli Demokratiya İnstitutu arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti