...

Əlcəzair diplomatı Türkmənistanda akkreditə alıb

Siyasət Materials 23 İyul 2010 11:11 (UTC +04:00)
Əlcəzair Xalq Demokratik Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mövlud Həmai Türkmənistan Parlamentinin sədri Akca Nurberdıyevə öz etimadnaməsini təqdim edib.
Əlcəzair diplomatı Türkmənistanda akkreditə alıb

Türkmənistan, Aşqabad, 23 iyul /Trend, müxbir H.Həsənov/

Əlcəzair Xalq Demokratik Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mövlud Həmai Türkmənistan Parlamentinin sədri Akca Nurberdıyevə öz etimadnaməsini təqdim edib.

Türkmənistan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, diplomat ölkə Prezidenti Qurbanqulu Berdıməhəmmədova Əlcəzair Prezidenti Əbdül Əziz Butaflikanın salamlarını və xoş arzularını çatdırıb.

Əlcəzairli diplomat "ölkəsinin Türkmənistanla ticari-iqtisadi və mədəni əlaqələrin fəallaşmasında böyük marağı olduğu haqda" bəyan edib. Bununla yanaşı, o qeyd edib ki, qarşılıqlı faydalı əlaqələrin uğurlu inkişafı üçün əlindən gələni edəcək və buna parlamentlərarası əlaqələrin qurulması xidmət göstərəcək.

Həmai ölkənin Xarici İşlər Nazirliyində də qəbul edilib.

Xəbər lenti

Xəbər lenti