...

Azərbaycan Prezidenti "Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları"nı təsdiq edib

Siyasət Materials 27 İyul 2010 21:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti "Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları"nı təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinə bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasını həyata keçirmək və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə hesabat vermək; daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək; öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Nazirlər Kabinetinə Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasında daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin maliyyələşdirilməsi məsələlərini həll etmək; üç ay müddətində "Daşınmaz əmlakın vahid dövlət kadastrı haqqında" Azərbaycan Respublikasının Qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti