...

Azərbaycanda qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri Ədliyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılacaq

Siyasət Materials 28 İyul 2010 12:24 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" 13 aprel 2005-ci il tarixli 70 nömrəli qərarına dəyişikliklər və əlavə edilməsi barədə qərarında qeyd olunub.
Azərbaycanda qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri Ədliyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri Ədliyyə Nazirliyi və nazirliyin rayon (şəhər) qeydiyyat şöbələri, Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiNaxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində aparılacaq.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" 13 aprel 2005-ci il tarixli 70 nömrəli qərarına dəyişikliklər və əlavə edilməsi barədə qərarında qeyd olunub.

"Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi"nə 2 nömrəli əlavəyə "Hüquqi varislik" adlı 15-ci bənd əlavə edilib.

Həmin qərarla təsdiq edilmiş "Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət reyestri"nin adında "Xarici hüquqi şəxslərin" sözləri "Xarici qeyri-kommersiya hüquqi şəxslərinin" sözləri ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti