...

Rusiya Azərbaycana C-300 raketlərinin iki divizionunu satacaq – qəzet (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 İyul 2010 11:29 (UTC +04:00)
Rusiya Azərbaycana iki "FAVORİT" C-300 PMU 2 zenit raket kompleksi (ZRK) divizionu satacaq.
Rusiya Azərbaycana C-300 raketlərinin iki divizionunu satacaq – qəzet  (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Sonuncu abzasda Azərbaycan Müdafiə Nazirliyinin şərhi əlavə olunub.

Rusiya Azərbaycana iki "FAVORİT" C-300 PMU 2 zenit raket kompleksi (ZRK) divizionu satacaq. Bu barədə "Vedomosti" qəzeti hərbi müdafiə sənayesindəki mənbəyə istinadən məlumat verir.

Qəzetin yazdığına görə, müvafiq müqavilə Azərbaycanın Müdafiə Nazirliyi ilə "Rosoboroneksport" arasında hələ keçən il imzalansa da, indiyədək bu barədə məlumat verilməyib. Qəzetin məlumatına görə, müqavilənin dəyəri, ən azı, 300 milyon dollar təşkil edir. Ekspertlər qeyd edirlər ki, bu, bütün postsovet respublikaları üçün onların bütün tarixləri ərzində yeni hərbi texnikanın alınması üzrə ən bahalı alqı-satqıdır. Bu barədə "RİA-Novosti" yazır.

Qəzet mənbələrinin məlumatında deyilir ki, müqavilə artıq icra olunmağa başlanılıb və yaxın bir-iki il ərzində yerinə yetirilə bilər.

Belə RZK Əlcəzair və Çinə də satılıb. Onların satışı ilə bağlı İranla müqavilə imzalansa da o, yerinə yetirilməyib. Bu il iyunun əvvəllərində BMT TŞ İrana qarşı onun uranın zənginləşdirilməsi ilə bağlı işlərdən imtina etməməsi ilə əlaqədar qətnamə qəbul edib. Qadağalar C-300 raketlərinin satışına da tətbiq olunub.

"Azərbaycan öz ordusunu gücləndirir və gücləndirməkdə davam edir". Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Rusiya KİV-də yayılan məlumatı şərh edərkən bildirib.

Xəbər lenti

Xəbər lenti