...

Türk deputatları Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüblər

Siyasət Materials 29 İyul 2010 22:21 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup deputatı iyulun 29-da Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdülər. Bu barədə Milli Məclisin saytı xəbər verir.
Türk deputatları Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüblər

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup deputatı iyulun 29-da Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdülər. Bu barədə Milli Məclisin saytı xəbər verir.

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolu, işçi qruplarının fəaliyyəti, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrinin vacibliyi vurğulandı.

Söhbət zamanı Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov,  TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı və digər millət vəkilləri ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşdülər.

Xəbər lenti

Xəbər lenti