Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın ölkəmizə yeni təyin olunmuş səfiri İqor Bodyunu qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Etimadnaməsinin surətini Azərbaycan XİN rəhbərinə təqdim edən yeni səfir ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.
Bodyu Moldova-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
Azərbaycanın xarici işlər naziri ölkəmizə səfir təyin olunması münasibətilə moldovalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.