...

Azərbaycanlıların BƏƏ-yə səfər etmələri üçün vizaların alınması ilə bağlı problem tam həll olunub – səfir (YENİLƏNİB)

Siyasət Materials 3 Avqust 2010 15:01 (UTC +04:00)
Azərbaycanlıların Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etmələri üçün vizaların alınması ilə bağlı problem tam həll olunub. Bu barədə Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanov çərşənbə axşamı Trend-ə məlumat verib.
Azərbaycanlıların BƏƏ-yə səfər etmələri üçün vizaların alınması ilə bağlı problem tam həll olunub – səfir (YENİLƏNİB)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycanlıların Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etmələri üçün vizaların alınması ilə bağlı problem tam həll olunub. Bu barədə Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanov çərşənbə axşamı Trend-ə məlumat verib.

"Azərbaycanın BƏƏ-dəki Səfirliyi son günlər bu ölkəyə səfər etmək istəyən azərbaycanlıların viza almaları ilə bağlı yaranan problemlə əlaqədar, bu ölkənin XİN-nə nota verib. Bu gündən başlayaraq, məsələ tamamilə həll olunub", - səfir Əbu-Dəbidən telefonla məlumat verib.

Azərbaycanın 18 yaşından 60 yaşadək olan kişi əhalisi son bir neçə gün ərzində Dubaya (BƏƏ) səfər etmək üçün viza almaq imkanına malik deyil. BƏƏ hakimiyyəti heç bir səbəb göstərmədən dünyanın bu istiqamətində çalışan Azərbaycanın turizm agentliklərinə viza verməkdən imtina edir. Bu barədə bir sıra turizm agentlikləri Trend-ə məlumat veriblər.

Qəhrəmanov deyib ki, Azərbaycan vətəndaşlarına vizaların verilməsindən imtina edilməsinə səbəb, bəzi texniki problemlər olub və onlar artıq aradan qaldırılıb.

Diplomat qeyd edib ki, bu gündən Azərbaycan vətəndaşları viza almaq üçün turizm agentliklərinə sərbəst müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti