...

Azərbaycan MSK seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması məsələsinə baxıb

Siyasət Materials 3 Avqust 2010 17:02 (UTC +04:00)
Trend-in məlumatına görə, MSK katibi Natiq Məmmədov bildirib ki, qanuna uyğun olaraq komissiya yenidən formalaşmalı və həmin komissiyaya MSK sədrinin yeni müavini sədrlik etməlidir. Komissiyaya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzi, MSK-nın Təşkilat şöbəsi və "Seçkilər" İnformasiya Mərkəzinin təmsilçiləri daxil olacaq.
Azərbaycan MSK seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması məsələsinə baxıb

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması məsələsinə baxılıb.

Trend-in məlumatına görə, MSK katibi Natiq Məmmədov bildirib ki, qanuna uyğun olaraq komissiya yenidən formalaşmalı və həmin komissiyaya MSK sədrinin yeni müavini sədrlik etməlidir. Komissiyaya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzi, MSK-nın Təşkilat şöbəsi və "Seçkilər" İnformasiya Mərkəzinin təmsilçiləri daxil olacaq.

İclasda bir neçə dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Məmmədov bildirib ki, bu il keçiriləcək parlament seçkilərində namizədlərin irəli sürülməsi prosedurları maksimum sadələşdirilib. MSK rəsmisinin sözlərinə görə, namizədliyin irəli sürülməsindən sonra namizədliyin qeydiyyata alınması üçün bütün sənədlər hazırdır.

Xəbər lenti

Xəbər lenti