...

Litvanın hakim partiyadan olan deputatları Azərbaycana səfərə gələcəklər

Siyasət Materials 14 Avqust 2010 11:30 (UTC +04:00)
Litvanın hakim partiyadan olan deputatları Azərbaycana səfərə gələcəklər.
Litvanın hakim partiyadan olan deputatları Azərbaycana səfərə gələcəklər

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M.Əliyev/

Litvanın hakim partiyadan olan deputatları Azərbaycana səfərə gələcəklər.

Milli Məclisdən şənbə günü Trend-ə bildiriblər ki, Litva Respublikasının hakim Milli Dirçəliş Partiyasının nümayəndə heyəti avqustun 15-də Azərbaycana gələcək.

Nümayəndə heyətinə partiyanın sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dustluq qrupunun üzvü Arunas Valinskas rəhbərlik edəcək.

Nümayəndə heyətinə Litva Seyminin iqtisadi məsələlər komitəsinin sədri, dostluq qrupunun üzvü Danius Budrus, Litvanın mədəniyyət naziri Arunas Gelunas və digər rəsmi şəxslər daxildirlər.

Litvalı deputatlar Milli Məclis sədri Oqtay Əsədov, Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu, eləcə də iqtisadi siyasət komitələrinin üzvləri ilə görüşəcəklər.

Səfər avqustun 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti