...

Azərbaycan FHN Abşeron rayonunun bağ massivlərində icazəsi olmadan quraşdırılan şlaqbaumları ləğv edib

Siyasət Materials 17 Avqust 2010 12:22 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun bağ massivlərində icazəsi olmadan quraşdırılan dirəklərin, şlaqbaumların, keçidlərin bağlanmasını ləğv edib.
Azərbaycan FHN Abşeron rayonunun bağ massivlərində icazəsi olmadan quraşdırılan şlaqbaumları ləğv edib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun bağ massivlərində icazəsi olmadan quraşdırılan dirəklərin, şlaqbaumların, keçidlərin bağlanmasını ləğv edib. Bu barədə FHN-in çərşənbə axşamı yaydığı məlumatında bildirilir.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti həmin maneələrin ləğv edilməsi üçün əməli tədbirləri yanğın hadisələri zamanı yanğın avtomobillərinin hərəkətinə, çevik manevr etməsinə maneçilik törətməsini nəzərə alaraq görüb.

FHN əməkdaşları, həmçinin, sakinləri məlumatlandırıblar ki, müvafiq icazələr olmadan dirəklərin, şlaqbaumların quraşdırılması, keçidlərin bağlanması yanğın avtomobillərinin hadisə yerinə vaxtında çatmasına ciddi maneçilik törədir, vaxt itkisinə yol verildiyindən, yanğının əhatə dairəsi genişlənərək onun vurduğu ziyanın miqdarı artır.

Xəbər lenti

Xəbər lenti