...

Azərbaycanda müxalifətin yeni seçki bloku açıqlanacaq

Siyasət Materials 17 Avqust 2010 13:03 (UTC +04:00)
“Azadlıq”a alternativ seçki bloku bu həftənin sonuna qədər yaradılacaq.
Azərbaycanda müxalifətin yeni seçki bloku açıqlanacaq

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yeni seçki bloku həftənin sonuna qədər yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Hazırda seçki bloku yaradacağımız təşkilatlarla məsləhətləşmələrimiz gedir. Məsləhətləşmələr həm Seçki Məcəlləsinin tələblərindən irəli gələn məsələlərlə bağlıdır, həm də təşkilati işlərin necə getməsi və namizədlər korpusumuzun hansı dairələr üzrə irəli sürülməsidir", - Əliyev əlavə edib.

"Azadlıq" bloku 2005-ci ildə yaradılıb. Blokda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunub. İyulun 13-də Azadlıq" blokuna daxil olan AXCP-nin "Müsavat" partiyası ilə seçki blokunun yaradılması haqqında qərar verməsi xəbəri yayıldıqdan sonra, bloka daxil olan digər partiyalar blokun fəaliyyətinin dayandığını elan ediblər. Hazırda VİP və ALP-nin birgə iştirakı iə "Azadlıq" blokuna alternativ yeni blokun yaradılması istiqamətində fəaliyyət həyata keçirilir.

Əliyev seçki blokunun yaradılması istiqamətində görülən işlərdən də danışıb.

"İndiyə qədər iki məsləhətləşməmiz olub. Bu proses normal davam edir. Təxminən, 60-70 faiz irəli sürəcəyimiz namizədlərin siyahısı razılaşdırılıb. ALP ilə namizədlərimizi dəqiqləşdirmişdik. İndi isə digər partiyalarla namizədlərimizi dəqiqləşdiririk. Yaradacağımız seçki blokunda 90 dairədən namizəd irəli sürməyi planlaşdırmışıq", - Əliyev bildirib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti