...

Sumqayıt və Lüdviqshafen arasında yeni layihəyə start verilib

Siyasət Materials 27 Avqust 2010 14:51 (UTC +04:00)
Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyətini qəbul edib.
Sumqayıt və Lüdviqshafen arasında yeni layihəyə start verilib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

GTZ-in dəstəyi ilə Sumqayıt və Lüdviqshafen arasında yeni layihəyə start verilib.

Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyətini qəbul edib. Şəhər rəhbəri Sumqayıt və Lüdviqshafeni birləşdirən 33 illik dostluq əlaqələrinin son dövrlər ərzində daha da möhkəmləndiyini, birgə layihələrin şəhərlərə qarşılıqlı fayda verdiyini bildirib, - məlumatı İcra Hakimiyyətinin mətbuat xidməti yayıb.

Əliyev alman mütəxəssislərin dəstəyi ilə Sumqayıtda mühüm layihələrin icra olunduğunu, 2002-2009-cu illər ərzində şəhər təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və gənclərlə iş sahəsində tədbirlərin uğurla reallaşdırıldığını qeyd edib.

Almaniya nümayəndə heyətinin rəhbəri, Lüdviqshafen şəhərinin kommunal təsərrüfatının texniki direktoru Peter Lubenau Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə 2010-cu ildən etibarən yeni layihənin - "Cənubi Qafqazda yerli idarəetmənin inkişafına dəstək" proqramının başlanması barədə məlumat verərək bildirib ki, yeni proqram çərçivəsində Almaniyanın və Cənubi Qafqazın, ümumilikdə, 8 şəhəri əməkdaşlıq edəcək; Sumqayıt və Lüdviqshafen şəhərlərinin iştirakı ilə tullantı təsərrüfatı, çirklənmiş ərazilərin reabilitasiyası, su və kanalizasiya sisteminin idarə edilməsi, ekoloji tərbiyə, yerli iqtisadiyyata dəstək sahələrində məsləhət tədbirləri həyata keçiriləcək. Həmçinin, narkomaniya əleyhinə anonim mərkəzin, əqli cəhətdən qüsurlu uşaqlar üçün emalatxananın və əhaliyə xidmət bürosunun yaradılması istiqamətində səylər gücləndiriləcək. Görüşdə, həmçinin, tərəflər arasında maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Layihə zamanı Sumqayıtda 2005, 2007 və 2010-cu illərdə 3 beynəlxalq konfrans təşkil edilmiş, görülmüş işlər barədə ictimaiyyət məlumatlandırılmışdır.

Xəbər lenti

Xəbər lenti