...

Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib

Siyasət Materials 28 Avqust 2010 12:03 (UTC +04:00)
Avqustun 27-də Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının əldə etdikləri məlumat əsasında həmin müəssisəyə yeni daxil olmuş və karantin otağında saxlanılan 27 yaşlı Nəbiyev Coşqun Oqtay oğlunun üzərinə baxış keçirilən zaman onun alt paltarında gizlətdiyi, 5 ədəd şəffaf sellofana bükülmüş, xalis çəkisi 18,9 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən şənbə günü Trend-ə verilən məlumata görə, avqustun 27-də Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının əldə etdikləri məlumat əsasında həmin müəssisəyə yeni daxil olmuş və karantin otağında saxlanılan 27 yaşlı Nəbiyev Coşqun Oqtay oğlunun üzərinə baxış keçirilən zaman onun alt paltarında gizlətdiyi, 5 ədəd şəffaf sellofana bükülmüş, xalis çəkisi 18,9 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Nəbiyev Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2) və narkotik vasitələrin qanunsuz dövriyyəsi (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti