...

AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək

Siyasət Materials 30 Avqust 2010 16:39 (UTC +04:00)
AŞPA-nın Azərbaycanda parlament seçkilərinin müşahidə edilməsi üzrə nümayəndə heyəti ölkəyə oktyabrın ikinci yarısında səfər edəcək.
AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir E.Tanrıverdiyev/

AŞPA-nın Azərbaycanda parlament seçkilərinin müşahidə edilməsi üzrə nümayəndə heyəti ölkəyə oktyabrın ikinci yarısında səfər edəcək. Bu barədə Trend-ə təşkilatdan bildirilib.

Beş nəfərdən ibarət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyası oktyabrın 19-dan 22-dək ölkədə olacaq.

Parlament seçkilərinin bilavasitə gedişini noyabrın 4-dən 8-dək Azərbaycanda olacaq 30 nəfərdən ibarət AŞ PA nümayhəndə heyəti müşahidə edəcək.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti