...

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır

Siyasət Materials 31 Avqust 2010 15:48 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2010-cu ilin parlament seçkilərinə dair analitik baxışları əks etdirən təhlili arayışlar hazırlayır.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2010-cu ilin parlament seçkilərinə dair analitik baxışları əks etdirən təhlili arayışlar hazırlayır. Bu barədə SAM-ın çərşənbə axşamı yaydığı məlumatında deyilir.

Seçkilərin sonuna qədər parlamentdə təmsil olunmaq uğrunda siyasi mübarizənin mərhələlərini təhlil edən beş bu cür nəşrin çap olunması nəzərdə tutulub.

Birinci "Seçki 2010. Parlament seçkilərinin ilkin mərhələsi: kim hazırdır?" adlı arayışda siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının, müstəqil namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin Azərbaycanda keçiriləcək növbəti parlament seçkisinə hazırlığından bəhs olunub.

Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti