...

Avropa parlamentarlarının İrana payız səfəri baş tutmaya bilər – Avropa Parlamentinin nümayəndəsi

Siyasət Materials 1 Sentyabr 2010 14:20 (UTC +04:00)
Avropa parlamentarlarının payızda İrana edəcəkləri səfər hələ ki sual altındadır.
Avropa parlamentarlarının İrana payız səfəri baş tutmaya bilər – Avropa Parlamentinin nümayəndəsi

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Konyayeva/

Avropa parlamentarlarının payızda İrana edəcəkləri səfər hələ ki sual altındadır. Bu barədə Avropa Parlamentinin İranla əlaqələr üzrə nümayəndə heyətinin mətbuat xidmətinin nümayəndəsi Timoti Boden deyib.

Bazar ertəsi İranın "İLNA" informasiya agentliyi İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Kazım Cəlaliyə istinadən məlumat verib ki, Avropa parlamentarları payızda İrana səfər edəcəklər. Cəlalinin sözlərinə görə, səfərin dəqiq tarixi müzakirə edilir.

Bundan əvvəl Avropa Parlamenti deputatlarının səfəri dəfələrlə daha gec müddətə təxirə salınıb. Belə ki, cari il yanvarın 7-nə planlaşdırılan İrana parlamentarlar qrupunun gəlişi də təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti