Azərbaycan və Rusiya prezidentləri xanımları ilə birlikdə İçərişəhəri gəzib, Dənizkənarı Milli Parkda olublar (FOTO)

Azərbaycan və Rusiya prezidentləri xanımları ilə birlikdə İçərişəhəri gəzib, Dənizkənarı Milli Parkda olublar (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olmuşlar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanışlığı Filarmoniya bağından başladı. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra ötən il istifadəyə verilən bu bağın tarixi barədə Rusiyanın dövlət başçısına məlumat verdilər. Bildirildi ki, son illər Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir.

Daha sonra qonaqlar İçərişəhəri gəzintiyə çıxdılar. Bildirildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan İçərişəhər memarlıq kompleksi dünyada misilsiz abidələrdən biridir. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tarixinin açılmamış səhifələri öyrənilmiş, Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunmuşdur. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhər, 2000-ci ildən YUNESKO-nun Dünya irs siyahısına daxil edilmişdir.

Rusiyanın dövlət başçısı və xanımı İçərişəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq oldular.
İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurdu. Qeyd olundu ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan Karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, ulu tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.

Qonaqlar Şirvanşahlar sarayında da oldular. Qeyd edildi ki, Şirvanşahlar saray-kompleksi XV əsrin əvvəllərində tikilmişdir. Kompleksə daxil olan abidələr İçərişəhərin ən yüksək yerində yerləşir. Qız qalası da sarayın yaxınlığındadır. Eradan əvvəl VII-VI əsrlərdə əsası qoyulan Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan Qız qalası silindrformalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri bir tikilidən ibarətdir. Məscid-mədrəsə və XII əsrə aid bazar da burada yerləşir. Burada o dövrə aid qəbir daşları və totemlər saxlanılır.

Rusiya Prezidenti burada şəkil çəkdi. Sonra birlikdə şəkil çəkdirildi.
Prezident Dmitri Medvedev və xanımı İçərişəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə də baxdılar.

Rusiya dövlət başçısının diqqətinə çatdırıldı ki, İçərişəhər ərazisində Azərbaycan alimləri arxeoloji qazıntılar aparmış və Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar etmişlər. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır.

Qonaqlar üzərində paytaxtımızın rəmzi olan qədim abidələrimizin əks olunduğu suvenirlərə də baxdılar.
Azərbaycan rəssamlarının çəkdiyi əsərlər də qonaqlarda maraq doğurdu. Rusiya Prezidenti və xanımı İçərişəhərdə yerləşən qalereyada qədim abidələrimizin əks olunduğu rəsm əsərlərinə tamaşa etdilər.

Qonaqlar çay süfrəsi arxasında İçərişəhərdən bəhs edən filmə baxdılar.
Rusiya Prezidentinə xatirə olaraq hədiyyə təqdim olundu.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Rusiya Prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxdılar.

Bildirildi ki, son illər Bakıda aparılan yenidənqurma işləri Dənizkənarı Milli Parkda da geniş vüsət almışdır. Paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini tanınmaz dərəcədə dəyişmişdir. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılmışdır. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir.

Azərbaycan paytaxtı ilə tanışlıq Rusiya dövlətinin başçısında və xanımında zəngin təəssürat doğurdu.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 3-də başa çatmışdır.

Foto - www.President.Az

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar qərar verdi
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağada xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Bakıda ev yanır - Əraziyə FHN cəlb olunub
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
Sabah şaxta olacaq
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb
Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ
Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azəripək” MMC-nin inkişaf strategiyasının formalaşması üzrə işlər aparılır
Sabahdan milli parklar ziyarətçilər üçün açıq olacaq
Rusiyada daha 612 nəfər koronavirusdan öldü
Ov mövsümü başlayır
BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb
Bütün xəbərlər