...

Özbəkistanda "Brazzavill" qrupunun konserti keçiriləcək

Siyasət Materials 4 Sentyabr 2010 11:39 (UTC +04:00)
ABŞ-ın Özbəkistandakı Səfirliyi respublika müstəqilliyinin 19-cu ili münasibətilə Mərkəzi Asiya ölkələri üzrə qastrol turu çərçivəsində Amerikanın "Brazzavill" qrupunun konsertlərini keçirməyi təşkil edir. Bu barədə səfirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Özbəkistanda "Brazzavill" qrupunun konserti keçiriləcək

Özbəkistan, 4 sentyabr /Trend, müxbir D.Əzizov/

ABŞ-ın Özbəkistandakı Səfirliyi respublika müstəqilliyinin 19-cu  ili münasibətilə Mərkəzi Asiya ölkələri üzrə qastrol turu çərçivəsində Amerikanın "Brazzavill" qrupunun konsertlərini keçirməyi təşkil edir. Bu barədə səfirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Bir çox ölkələrin musiqi mədəniyyəti üslubunu mənimsəyərək əsər yaradan qrup, sentyabrın 6-dan 10-dək Özbəkistanda konsert proqramı ilə çıxış edəcək.

Əsası 1997-ci ildə Los-Ancelesdə Devid Braun tərəfindən qoyulmuş "Brazzavill" qrupu Rusiya və Avropa üzrə çoxlu konsert verib; lakin musiqiçilər Özbəkistana ilk dəfə səfər edəcəklər.

"Brazzavill" qrupunun Mərkəzi Asiya üzrə qastrol turu ABŞ Dövlət Departamentinin ifaçı sənət proqramının dəstəyi altında təşkil olunub.

Özbəkistandakı qastrol səfərindən başqa, qrup Türkmənistan, Azərbaycan, Qazaxıstanda da olacaq.

Konsert proqramı sentyabrın 6-dan Xivədə - İçan-Qalada başlayacaq. Daha sonra "Brazzavill" kurort zonası olan Çarvak və qədim Səmərqənddə çıxış edəcək. Qastrollar sentyabrın 9-da Daşkənddə tamamlanacaq. Konsertlərə giriş pulsuzdur.

Xəbər lenti

Xəbər lenti