...

Niderland parlamenti sədrinin Bakıya səfərinin ilkin proqramı açıqlanıb

Siyasət Materials 6 Sentyabr 2010 18:28 (UTC +04:00)
Niderland Krallığı parlamentinin spikeri, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq rəhbəri Rene Van der Linden sentyabrın 7-9-da Bakıda rəsmi səfərdə olacaq.
Niderland parlamenti sədrinin Bakıya səfərinin ilkin proqramı açıqlanıb

Аzərbaycan, Bakı, 6 sentyabr /Trend,müxbir Y.Ostapenko/

Niderland Krallığı parlamentinin spikeri, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq rəhbəri Rene Van der Linden sentyabrın 7-9-da Bakıda rəsmi səfərdə olacaq. Bu barədə Trend-ə parlamentin mətbuat xidmətindən verilən məlumatda deyilir.

"Səfərin əsas məqsədi Azərbaycan və Niderland xalqları, həmçinin iki ölkənin parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsidir", - Niderland parlamentinin əlaqələr üzrə məsləhətçisi Yuryen Bügel deyib.

Səfərin ilkin proqramına əsasən, çərşənbə günü səhər Bakıda Fəxri Xiyabanda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məzarı önünə əklillər qoyulacaq.

Həmçinin Van der Lindenin Milli Məclisin sədri Oqtay Əsədovla görüşü planlaşdırılır.

Bundan əvvəl Van der Linden Azərbaycana AŞ PA rəhbəri kimi səfər etmişdi.

Xəbər lenti

Xəbər lenti